İnsanlar ən çox hansı saytlara daxil olurlar? – İlk 20-lik


Bu ilin oktyabr ayına olan son məlumatlara əsasən, dünyada ən çox ziyarət olunan veb-saytların reytinqində ciddi dəyişiklik müşahidə olunmayıb.
Yeniavaz.com
məşhur “SimilarWeb” platformasına istinadən xəbər verir ki, birinci yerdə ənənəvi olaraq “google.com” qərarlaşıb. İstifadəçilər saytda orta hesabla 10 dəqiqədən çox vaxt keçirir və 8-dən artıq səhifəyə baxırlar.
İkinci yerdə isə “YouTube” yerləşir – bu platformada orta qalma müddəti 19 dəqiqə 40 saniyə olmaqla bütün digər saytları geridə qoyur.
“Facebook”, “Instagram” və “ChatGPT.com” da öz populyarlıqlarını qorumağa davam edirlər.
“X.com” (əvvəlki “Twitter”), “Reddit”, “WhatsApp” və “Wikipedia” ilk onluqda yer alan digər saytlardır.
Qeyd edək ki, “Wikipedia” bu dəfə bir pillə irəliləyərək 9-cu sıraya yüksəlib. “Bing.com” isə 10-cu yeri tutur və istifadəçilər bu axtarış mühərrikində orta hesabla 6 səhifəyə baxır.
İlk iyirmiliyin davamında “Yahoo”, “TikTok”, “Yandex”, “Amazon”, “LinkedIn”, “Baidu”, “bet.br”, “Naver”, və “Office.com” kimi tanınmış platformalar yer alır.
Ən diqqətçəkən artım isə “Office.com” saytında qeydə alınıb – bu sayt əvvəlki reytinqlə müqayisədə 8 pillə yüksələrək 20-ci sırada qərarlaşıb.
Ümumilikdə reytinq, texnologiya, əyləncə və sosial media saytlarının hələ də internet istifadəçiləri üçün əsas prioritet olduğunu göstərir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top