“Bu baş verərsə, İsrail ABŞ-nin bütün dəstəyini itirəcək” − Tramp


ABŞ Prezidenti Donald Tramp Fələstinin İordan çayının qərb sahilinin İsrail tərəfindən ilhaqını istisna edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “The Time” qəzetinə müsahibəsində deyib.
“Ərəb ölkələrinə söz verdiyim üçün bu baş verməyəcək. Bu indi baş verə bilməz. Biz ərəblərdən çox dəstək almışıq. Ərəb ölkələrinə söz verdiyim üçün olmayacaq. Bu baş verməyəcək. Bu baş verərsə, İsrail ABŞ-nin bütün dəstəyini itirəcək”, - o deyib.
Trampın bəyanatı oktyabrın 15-də verilib, lakin müsahibənin dərci İsrail parlamentinin (Knesset) İordan çayının qərb sahilinə – mahiyyət etibarilə ilhaqını genişləndirən qanun layihəsinin ilkin təsdiqi ilə üst-üstə düşüb.
Bu təşəbbüs artıq ABŞ-nin vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio tərəfindən tənqid edilib. Vens hazırda İsraildədir. O, Knessetin qərarının “axmaq siyasi hiylə” olduğunu və ABŞ-ni təhqir etdiyini bildirib.
Fələstin Xarici İşlər Nazirliyi də İsrail parlamentinin qərarını pisləyib.

DİGƏR XƏBƏRLƏR

Top