
MLS klubu “İnter Mayami” 38 yaşlı argentinalı hücumçu Lionel Messi ilə müqaviləni uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında məlumat yayıb.
“İnter Mayami”nin yeni evi olacaq tikilməkdə olan stadionda gülümsəyən Messinin müqavilə imzaladığını əks etdirən video yayımlayıb.
ESPN-in məlumatına görə, müqavilə 2028-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir, 2024-cü ildə klubla Liqa Kubokunu və MLS-in müntəzəm çempionluğunu qazanıb. Bu mövsüm o, 29 qolla müntəzəm mövsümün bombardiri olub.
Messi səkkiz dəfə “Qızıl top”un qalibi, tarixin ən çox mükafat alan futbolçusu, 2022-ci il Dünya Kuboku çempionu, dördqat Çempionlar Liqasının qalibi və on qat İspaniya çempionudur.
Tətbiqimizi yükləyə bilərsiniz