
“Milyonlarla insan üçün əlverişli alətə çevrilən süni intellekt köməkçiləri dildən, ərazidən və platformadan asılı olmayaraq xəbər məzmununu mütəmadi olaraq təhrif edir”.
Yeniavaz.com xəbər verir ki, bu Avropa Yayım Birliyi və BBC-nin birgə araşdırması nəticəsində məlum olub.
Bildirilib ki, tədqiqatda 18 ölkədən 14 dildə fəaliyyət göstərən 22 ictimai media orqanı iştirak edib.
Jurnalistlər dörd aparıcı süni intellekt çatbotlarından - “OpenAI”dən “ChatGPT”, “Microsoft”dan “Copilot”, “Google”dan “Gemini” və “Perplexity”dən 3000-dən çox cavabı təhlil ediblər.
Süni intellektlə yaradılan xəbərlər dəqiqlik, mənbəyə nəzarət, rəyi faktdan ayırmaq və kontekst təmin etmək kimi əsas meyarlar əsasında qiymətləndirilib.
Araşdırmaya görə, tədqiqat sistemli problemləri müəyyən edib:
- Bütün cavabların 45%-də ən azı bir əhəmiyyətli səhv var.
- Cavabların 31%-i çatışmayan, yanıltıcı və ya yanlış atributlar da daxil olmaqla ciddi mənbə problemləri var.
- Cavabların 20%-i səhv təfərrüatlar və köhnəlmiş məlumatlar daxil olmaqla əhəmiyyətli dəqiqlik problemləri olub.
Özünü ən pis “Gemini” çatbotu göstərib, cavabların 76%-də ciddi səhvlər olub (digər süni intellekt köməkçiləri ilə müqayisədə iki dəfədən çox). “Gemini”nin problemləri ilk növbədə onun informasiya mənbələri ilə zəif idarə olunması ilə bağlı olub.
Tədqiqatın müəllifləri süni intellekt tərəfindən yaradılan xəbər məzmununu təkmilləşdirmək və istifadəçilərin media savadlılığını artırmaq üçün öz alətlər dəstini təklif ediblər.
“Tədqiqat inandırıcı şəkildə göstərir ki, bu çatışmazlıqlar təcrid olunmuş deyil. Onlar sistemlidir, transsərhəddir və çoxdillidir və biz hesab edirik ki, bu, ictimai etimadı sarsıdır. İnsanlar nəyə etibar edəcəklərini bilməyəndə, son nəticədə hər şeyə inanmırlar”, - Avropa Yayım İttifaqının baş direktorunun müavini Jan-Filip de Tender bildirib.
Qeyd edək ki, “Reuters Jurnalistika Araşdırmaları İnstitutu”nun 2025-ci il hesabatına görə, bütün onlayn xəbər istehlakçılarının 7%-i bu məqsədlə axtarış sistemləri əvəzinə süni intellekt köməkçilərindən istifadə edir. 25 yaşdan kiçik istifadəçilər arasında bu rəqəm 15%-ə çatır.
Tətbiqimizi yükləyə bilərsiniz