Luvr soyğunçuları belə qaçdı − Video


Oktyabrın 19-da Luvr soyğununu törədənlər muzeyə girib və qaçmaq üçün yük qaldırıcı maşınından istifadə ediblər.
Yeniavaz.com
xəbər verir ki, cinayətkarların bu avadanlıqdan istifadə edərək oğurlanmış əşyalarla aşağı enməsinin görüntüləri yayılıb. 
Videonu təqdim edirik:

Xatırladaq ki, oktyabrın 19-da dörd cinayətkar yük qaldırıcı ilə Parisin əsas muzeyinə daxil olub. Apollon Qalereyasında vitrinlərə girdikdən sonra onlar cəmi doqquz zinət əşyası oğurlayıb, onlardan biri - İmperatriçə Evgeniyanın (III Napoleonun arvadı) 1354 brilyantla bəzədilmiş tacı qaçarkən yerə düşüb.
Paris prokurorluğunun məlumatına görə, aşağıdakılar oğurlanıb:
- Napoleonun ikinci arvadı imperatriça Mari-Luizanın kolleksiyasından boyunbağı və sırğalar;
- Kraliça Mari Amalia (1830-1848) və Hollandiya kraliçası Qortenziya de Boqarne kolleksiyalarından üç ədəd zərgərlik əşyası (boyunbağı, sırğalar və diadem);
- İmperatriçe Evgeniya kolleksiyasından dörd əşya: iki broş, alt geyimi üçün bant və tiara.

DİGƏR XƏBƏRLƏR

Top