
Bakıda daha bir yolda hərəkətin təşkilində dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində avtobus zolağının davamına sarı tor çəkilib.
Bununla da həmin prospekt boyunca hərəkət edən ictimai nəqliyyatın daha sürətli və təhlükəsiz hərəkətinə şərait yaradılıb.
Qeyd edilib ki, avtomobillərin tıxac vaxtı sarı torun üzərində qalması inzibati məsuliyyət yaradır. Belə ki, sürücü qarşıda nəqliyyatın dayandığını gördükdə və sarı torun üzərində dayanacağını yəqin etdikdə oraya daxil olmamalıdır.
Xatırladaq ki, daha öncə Fətəli xan Xoyski və Məhəmməd Hadi küçələrində də oxşar yeniliklər edilib.

