Çin şirkəti xadimələri robotlarla əvəzlədi


Çinin ən böyük daşınmaz əmlak şirkəti “Country Garden Services Holdings” xadimələri robotlarla əvəz etməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Caixin Global” məlumat yayıb.
Bildirilib ki, əmək xərclərini azaltmaq üçün yaşayış binaları üçün təmizləyici robotların istehsalına başlanılıb. Hazırda evlərin təmizlənməsi şirkətin ümumi xərclərinin təxminən 70 faizini təşkil edir. Hazırda Çinin böyük şəhərlərində 130 belə robot işləyir. Bu ilin sonuna qədər müstəqil şəkildə mərtəbələri təmizləmək, liftləri idarə etmək, maneələrdən yayınmaq və enerji doldurma məntəqələrinə qayıtmaq qabiliyyətinə malik 1000 robotun istehsalı planlaşdırılır.
Şirkətin prezidenti Xu Binhuai qeyd edib ki, layihə uğurlu olarsa, şirkət təmizləyici robotları digər daşınmaz əmlak operatorlarına da təklif etməyi planlaşdırır.
 

DİGƏR XƏBƏRLƏR

Top