“Airbus”, “Thales” və “Leonardo” “SpaceX”ə rəqib şirkət yaradır


“Airbus”, “Thales” və “Leonardo” öz kosmik bölmələrini birləşdirmək və İlon Maskın “SpaceX” şirkəti ilə rəqabət aparacaq Avropada birgə müəssisə yaratmaq barədə razılıq əldə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onların aylarla davam edən üçtərəfli danışıqlarının yekunları üzrə birgə bəyanatında bildirilib.
Razılaşmaya əsasən, “Airbus” birləşmiş şirkətin səhmlərinin 35%-nə sahib olacaq ki, bu da 25 min nəfəri işlə təmin edəcək və illik təxminən 6,5 milyard avro (7,5 milyard dollar) gəlir əldə edəcək. “Thales” və “Leonardo”nun isə hər biri birləşmiş şirkətin səhmlərinin 32,5%-ə sahib olacaq.
“Avropa kosmik sənayesinin “yeni oyunçusu” üç fəaliyyət sahəsini – peyklərin istehsalı, kosmik sistemlərin istehsalı və kosmik xidmətlərin göstərilməsini birləşdirərək, öz imkanlarını genişləndirməyə çalışır”, - deyə bəyanatda qeyd edilib.
Avropaya qlobal kosmik bazarda əsas oyunçu kimi rolunu gücləndirməyə imkan verəcək yeni müəssisənin 2027-ci ildə fəaliyyətə başlaması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top