
“AzelTV“ Youtube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqovun Gürcüstan paytaxtı Tbilisidə saxlanıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.
“Əfqanın vəkili ilə danışdım. Bildirildi ki, gün ərzində Əfqanı Tbilisi Şəhər Məhkəməsinə çıxaracaqlar”, - S. Sadıqova bildirib.
Hələlik Gürcüstanın hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi məlumat yaymayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ə.Sadıqov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib.