Rusiyada zavodda partlayış oldu – 12 nəfər öldü


Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən plastik zavodunda gülcü partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler “Telegram” kanalında bildirib.
Hadisə nəticəsində 12 nəfər ölüb, 9 nəfər yaralanıb.
“Hadisə yerinə bütün operativ xidmətlər cəlb olunub, qərargah yaradılıb, Şəhər sakinləri və mülki şəxslərin əmlakı üçün heç bir təhlükə yoxdur”, - Teksler bildirib.
O, həmçinin zavodda ikinci partlayış baş verdiyini qeyd edib. Vilayət qubernatoru əlavə edib ki, ərazidə açıq yanğın söndürülüb.
Qubernatorun sözlərinə görə, müəssisəyə pilotsuz uçuş aparatının zərbə endirməsi versiyası təsdiqini tapmayıb. Onun sözlərinə görə, hadisənin ilkin səbəbi təhlükəsizlik qaydalarının pozulmasıdır.
Digər tərəfdən, Rusiya İstintaq Komitəsi plastik zavodunda baş vermiş partlayışla bağlı cinayət işi açıb. Bu barədə regional idarənin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, iş təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi ilə açılıb.
Həmçinin, hadisə şahidləri partlayış dalğasının şəhərin müxtəlif yerlərində hiss edildiyini, bir çox evdə divarların və pəncərələrin titrədiyini bildirib.
Qeyd edək ki, açıq mənbələrə görə, Kopeysk Plastik Zavodu hərbi məhsulların təkrar emalından əldə edilən komponentlər də daxil olmaqla dağ-mədən sənayesi üçün partlayıcı maddələr istehsal edən aparıcı müəssisələrdən biridir.

DİGƏR XƏBƏRLƏR

Top