“Meta” 600-ə yaxın süni intellekt mütəxəssisini ixtisar edəcək


“Meta” korporasiyası süni intellekt layihələrində iştirak edən təxminən 600 əməkdaşını ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, tədbir bürokratiyanın azaldılmasına və şirkətin süni intellektin inkişafına böyük sərmayə qoyması fonunda daxili proseslərin çevikliyinin artırılmasına yönəlib.
İxtisarlar süni intellekt infrastrukturu, fundamental tədqiqatlar və tətbiqi məhsullar üzərində işləyən mütəxəssislərə təsir edəcək.
“Meta” həmçinin, bəzi əməkdaşlarını korporasiya daxilində başqa vəzifələrə köçürmək niyyətindədir.
Eyni zamanda, ”Meta” strateji əhəmiyyətli sahələrdə mövcudluğunu genişləndirməkdə davam edir. “The Verge” nəşri xəbər verir ki, korporasiya “super intellekt” sistemlərini inkişaf etdirən yeni “TBD Lab” bölməsi üçün işçi qəbulunu davam etdirir.
Qeyd edək ki, “Meta” son illərdə süni intellektə milyardlarla dollar sərmayə qoyub. Konkret olaraq, 2025-ci ilin yayında şirkət “Scale AI” startapına 14,3 milyard dollar sərmayə qoyub. Bundan sonra onun həmtəsisçisi və baş direktoru Aleksandr Van “Meta” şirkətinin AI üzrə baş direktoru təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top