
Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində “Real Madrid”in “Yuventus”u 1:0 hesabı ilə məğlub etdiyi görüşün sonunda Türkiyə millisinin gənc ulduzu Arda Gülər “Matçın oyunçusu” seçilib.
Yeniavaz.com xəbər verir ki, o, bu xəbəri alanda təəccüblənib və həmin anları əks etdirən kadrlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
İstifadəçilərdən bəziləri bu mükafata “Real”ın başqa futbolçusunun layiq olduğunu, Ardanın da belə fikirləşdiyi üçün təəccübləndiyini yazıblar.
Qeyd edək ki, Arda Gülər görüşün 74-cü dəqiqəsində əvəzlənib.