
Aİ səfirləri Rusiyaya qarşı oktyabrın 23-də qüvvəyə minəcək 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Danimarka Prezidentinin bəyanatında öz əksini tapıb.
O, sanksiyalar paketinin oktyabrın 23-də təsdiqlənəcəyini bildirib.
Qeyd edək ki, Avropa Komissiyasının əvvəlki açıqlamalarına görə, 19-cu paketə qara siyahının genişləndirilməsi, Aİ ölkələrinə Rusiya neftini bazar qiymətləri ilə daşıyan onlarla tankerin qəbuluna qadağalar, bir sıra yeni ticarət və maliyyə məhdudiyyətləri, həmçinin, Aİ ölkələrinin Rusiyanın enerji resurslarının, o cümlədən maye qazın alınmasına yeni qadağalar daxildir.
19-cu sanksiya paketi çərçivəsində Aİ ölkələri və Avropa bizneslərinə tətbiq edilən yeni məhdudiyyətlərin təfərrüatları Aİ Şurasının reqlamentinin cümə axşamı təsdiqlənməsindən qısa müddət sonra Aİ-nin Rəsmi Jurnalında dərcindən sonra məlum olacaq. Bundan sonra 19-cu paket qüvvəyə minəcək.
Tətbiqimizi yükləyə bilərsiniz