ÇL: “Real” “Yuventus”u məğlub etdi, “Liverpul”dan böyükhesablı qələbə – Nəticələr


Çempionlar Liqasında III turun oyunları başa çatıb. 
Yeniavaz.com
xəbər verir ki, ötən gecənin ən vacib oyununda “Real Madrid” “Yuventus”u ingilis yarımmüdafiəçi Cud Bellinqhemin vurduğu qol sayəsində minimal hesabla məğlub edib.
Almaniya çempionu “Bavariya” isə Belçikanın “Brügge” klubunu darmadağın edib – 4:0.
“Çelsi” “Ayaks”ı, “Liverpul” isə “Ayntraxt Frankfurt”u 5:1 hesabı ilə məğlub ediblər.
Çempionlar Liqasında III turun ötən gecə baş tutan oyunlarında nəticələr belə olub:
"Bayern Münhen" – "Club Brugge" 4:0;
"Chelsea" – "Ajax" 5:1;
"Ayntraxt Frankfurt" – "Liverpul" 1:5;
"Monako" – "Tottenhem" 0:0;
"Real Madrid" – "Yuventus" 1:0;
"Sportinq" – "Marsel" 2:1;
"Atalanta" – "Slaviya" 0:0;
"Qalatasaray" – "Budyo-Glimt" 3:1;
"Atletik Bilbao" – "Qarabağ" 3:1.

DİGƏR XƏBƏRLƏR

Top