Daha bir güləşçimiz dünya çempionu oldu


Azərbaycan yunan-Roma güləşçisi Elmir Əliyev Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rusiyalı Alibek Amirovla üz-üzə gəlib.
Rəqibini 3:2 hesabı ilə məğlub edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Ziya Babaşov da (63 kq) dünya çempionu olub.
 

DİGƏR XƏBƏRLƏR

Top