Stavropolda hərbi bazanın yaxınlığında partlayış − Ölən var


Oktyabrın 22-də axşam saatlarında Rusiyanın Stavropol şəhərində partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti məlumat yayıb.
Agentliyin mənbəsinin verdiyi məlumata görə, yaşayış massivinin 204-cü məhəlləsində naməlum qurğu işə düşüb. Bir qadın yaralanıb.
“Mash” teleqram kanalının məlumatına görə, partlayış nəticəsində yaralanan qadın dünyasını dəyişib.
Bildirilib ki, partlayışda şübhəli bilinən şəxs saxlanılıb.
“Ostorozhno Media”dakı mənbənin məlumatına görə, partlayış 247-ci hava desant-hücum alayının hərbi hissəsinin yaxınlığında baş verib. 
 

DİGƏR XƏBƏRLƏR

Top