
Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov məlumat verib.
Bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.
Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.