
Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, birinci qrup əlili, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tovuz rayonunun icra hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Tağıyev uzunsürən xəstəlikdən sonra dünyasınə dəyişib.
44 günlük Vətən Müharibəsi iştirakçısı olan Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Ailəli idi, 2 övladı var.