Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü


İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında ikitərəfli dəyirmi masa keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib:
“Qriqoryan bu tədbirin əhəmiyyətini vurğulayıb və belə görüşlərin İrəvanla Bakı arasında normallaşma prosesinin tərkib hissəsi kimi keçirilməsini yüksək qiymətləndirərək, onların iki ölkə cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi və birbaşa əlaqələrin qurulmasına yönəldiyini qeyd edib”.
Vətəndaş cəmiyyəti nümayəndələri qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top