
Rusiya Müdafiə Nazirliyi strateji nüvə qüvvələrinin genişmiqyaslı təlimlərinə dair görüntülər yayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, təlimlərə Rusiya Prezidenti Vladimir Putinin şəxsən rəhbərlik etdiyi bildirilib.
Yayımlanan kadrlarda “Yars” mobil yerüstü raket kompleksinin ekipajının döyüş əməliyyatları, eləcə də “Yars” qitələrarası ballistik raketinin buraxılışı əks olunub. Bundan başqa, “Bryansk” nüvə sualtı qayığı tərəfindən Barents dənizindən “Sineva” ballistik raketinin buraxılışı da nümayiş etdirilib.
Müdafiə Nazirliyi həmçinin Tu-95MS strateji bombardmançı təyyarəsinin ekipajının havadan buraxılan qanadlı raketləri işə salmasını göstərən kadrları yayıb.
Təlimlərin məqsədi Rusiyanın strateji nüvə qüvvələrinin döyüş hazırlığını yoxlamaq, eyni zamanda komanda idarəetmə sistemlərinin səmərəliliyini qiymətləndirmək olub.
Ekspertlər hesab edirlər ki, bu cür manevrlər Qərbə Moskvanın nüvə potensialı və hərbi texnologiyalarının tam hazır vəziyyətdə olduğunu göstərmək mesajı daşıyır.
Tətbiqimizi yükləyə bilərsiniz