Rusiyaya qarşı yeni sanksiyalar paketi sabah təsdiqlənə bilər


Avropa İttifaqı (Aİ) liderlərinin Slovakiya ilə fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra oktyabrın 23-də keçiriləcək sammitində 19-cu anti-Rusiya sanksiyalar paketini təsdiqləyəcəyi gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni məhdudiyyətlər paketinə Çin və Hindistan şirkətlərinə qarşı ticarət məhdudiyyətləri, habelə keramika və kauçuk daxil olmaqla 40 milyard avrodan çox dəyərində hərbi sənayedə istifadə oluna bilən malların Rusiyaya ixracına qadağa daxildir.
Bundan əlavə, Aİ 100-dən çox tankeri qara siyahıya salacaq.

DİGƏR XƏBƏRLƏR

Top