
Rusiya-Ukrayna cəbhəsindən 1000 km-dən çox məsafədə yerləşən Mahaçqala pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, hücumun əsas hədəfi Dağıstan Respublikasının paytaxtında yerləşən “Daqnotex” (Dağıstan Yeni Texnologiyaları) MMC-yə məxsus neft emalı zavodu olub.
Bildirilir ki, buna baxmayaraq bəzi PUA-lar yaşayış məskənlərinə düşüb.
Sözügedən zavodun ildə 2,5 milyon tona qədər istehsal gücünə malik olduğu deyilir.
Mahaçqalada yaşayan həmyerlimiz PUA hücumlarını əks etdirən kadrları redaksiyamıza göndərib.
Həmin görüntüləri təqdim edirik: