
Ukraynannın Xarkov şəhərində uşaq bağçası Rusiyanın dron hücumuna məruz qalıb.
Yeniavaz.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat yayıb.
“Xolodnoqorsk rayonunda uşaq bağçası vurulub. Zərbənin baş verdiyi yerdə yanğın baş verib”, - Terekov bildirib.
O, uşaqların bağçadan təxliyə olunduğunu və yanğının davam etdiyini qeyd edib.
Xarkov meri uşaq bağçasına hücum nəticəsində 1 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirib.
Xarkov Vilayət Hərbi Administrasiyasını rəhbəri Oleq Sinequbov Xarkovda dron hücumu nəticəsində 40 yaşlı kişinin həlak olduğunu bildirib.
O, həmçinin yaralanan bir qadının ağır vəziyyətdə olduğunu qeyd edib.
“Uşaq bağçasının pilotsuz təyyarə ilə vurulmasına heç bir əsas yoxdur və ola da bilməz”, - Sinequbov əlavə edib.






Tətbiqimizi yükləyə bilərsiniz