Azərbaycana gələn ərəblərin sayı azalıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 1 milyon 948,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gələnlərin 24,8%-i Rusiya, 17,1%-i Türkiyə, 7,9%-i İran, 6,8%-i Hindistan, 4,5%-i Səudiyyə Ərəbistanı, 4,2%-i Gürcüstan, 4%-i Qazaxıstan, 3,4%-i Pakistan, 2,6%-i Çin, hər birindən 2,3% olmaqla Özbəkistan və İsrail, 1,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4%-i Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,1%-i Belarus və 13,6%-i digər ölkələrin vətəndaşları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən 1,8 dəfə, Yaponiyadan 1,6 dəfə, Çindən 1,5 dəfə, İordaniyadan 1,5 dəfə, Qırğızıstandan 35,7%, Özbəkistandan 31,6 %, Qazaxıstandan 19,4%, ABŞ-dən 16,3%, Kanadadan 16,3%, Niderlanddan 16,3% artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,5% artaraq 88,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,9% azalaraq 321,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,2% azalaraq 669,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,1% artaraq 868,5 min nəfər təşkil edib.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 2,6% azalaraq 1 milyon 605 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 22%, İrana gedənlərin sayı 2,6% artıb, Rusiyaya gedənlərin sayı 30,8%, Türkiyəyə gedənlərin sayı isə 2,4% azalıb. Azərbaycan vətəndaşlarının 42,2%-i Türkiyəyə, 14,6%-i Rusiyaya, 10,8%-i Gürcüstana, 8,9%-i İrana, 23,5%-i digər ölkələrə səfər edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top