Azərbaycandakı avtomobillərin sayı açıqlandı


Ölkədə olan avtonəqliyyat vasitələrinin sayı 1 milyon 950 mini keçib. Həmin nəqliyyat vasitələrinin 45,5 faizi, yəni 885 min 683-ü 20 ildən artıqdır ki, istehsal edilib.
Yeniavaz.com
AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və BDYPİ-nin iştirakı ilə “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, hökumət tərəfindən ölkədə avtomobil parkının yenilənməsi istiqamətində işlər görülür.
Mübariz Ağayev həmçinin vurğulayıb ki, yanğınla nəticələnən hadisələrin əksəriyyəti köhnə, istismar baxımından istifadəyə yararsız nəqliyyat vasitələrində baş verir.

DİGƏR XƏBƏRLƏR

Top