
“Bizim müşahidələrimizə əsasən, dərmanların baha olması bizdə daxili istehsalın olmaması ilə əlaqədardır”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev deyib.
O bildirib ki, Azərbaycanda dərman preparatlarının istehsalının səviyyəsi çox aşağıdır:
“Əksər dərmanlar idxal edilir. Bu, müəyyən məsrəflərə səbəb olduğu üçün dərmanların qiyməti maya dəyərindən bir az yuxarı olur”.
Aydın Əliyev bildirib ki, Azərbaycanda dərman idxalı ilə bağlı inhisarçılıq mövcuddur:
“İstənilən iş adamı ölkəyə dərman idxal edə bilməz. Yalnız bəlli şirkətlər ölkəyə dərman idxal edə bilir və bu da səbəb olur ki, onlar dərmanlara istədikləri qiyməti qoyurlar”.
Daha ətraflı: