Azərbaycanlı ekspertlər Ermənistana getdilər – AZAL təyyarəsi İrəvanda


Ötən gün – oktyabrın 21-də AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev öz sosial media hesabında məlumat yayıb.
“Uzun fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi İrəvan Hava Limanına enib”, - deyə o qeyd edib.
“Sputnik Ermənistan”ın yaydığı məlumata görə, oktyabrın 21-i saat 16:00 radələrində azərbaycanlı ekspertləri daşıyan təyyarə İrəvanda eniş edib.
“İlkin məlumata əsasən, oktyabrın 21–22-də “Double Tree by Hilton” otelində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Müzakirə olunacaq mövzu – “sülh gündəliyi”dir”, - nəşr yazıb.

DİGƏR XƏBƏRLƏR

Top