Britaniya hərbçiləri İsrailə yola düşüb


Yüksək rütbəli zabitin başçılıq etdiyi Britaniya hərbi komandası İsrailə yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı Britaniyanın müdafiə naziri Con Hiliyə istinadla məlumat yayıb.
Nazirin sözlərinə görə, əməliyyat planlaşdırma təcrübəsi olan az sayda britaniyalı hərbçi artıq İsrailə gəlib.
Britaniya Qəzza zolağında kövrək atəşkəsə nəzarət etmək üçün beynəlxalq səylərə kömək edəcək.
Hili qeyd edib ki, ABŞ-nin tələbi ilə Britaniya ordusuna rəhbərlik etmək üçün general-mayor rütbəli zabit təyin edilib. O, Qəzzadakı Mülki-Hərbi Koordinasiya Mərkəzindən məsul amerikalı komandirin müavini vəzifəsini icra edəcək.
Hili həmçinin bildirib ki, London regionda sülhün bərqərar olmasında mühüm rol oynamaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top