NATO baş katibi ABŞ-yə təcili səfərə gedir


NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla görüşmək üçün ABŞ-yə təcili səfərə gedir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte oktyabrın 21-22-də Vaşinqtona səfər edəcək. O, ABŞ Prezidenti Donald Trampla görüşəcək. Mətbuat üçün brifinqlər olmayacaq”, - alyansın mətbuat xidməti bildirib.
Məlumata görə, bu səfər baş katibin gündəliyinə daxil edilməyib.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi öz mənbələrinə istinadla xəbər vermişdi ki, Rutte oktyabrın 21-də Vaşinqtona elan olunmamış səfər edəcək.
Onların məlumatına görə, Rutte oktyabrın 22-də Trampla görüşəcək. “Reuters”in müxbiri Qrem Slatteri qeyd edib ki, “Avropa Trampın son diplomatik səylərinə cavab verməyə tələsir”.
Digər tərəfdən, “Bloomberg” agentliyi mənbələrə istinadla xəbər vermişdi ki, Avropa ölkələri Kiyevlə birlikdə Ukraynadakı münaqişənin həlli üçün 12 bəndlik plan hazırlayır. Agentlik vurğulayıb ki, planın təfərrüatları hələ də müzakirə olunur və dəyişdirilə bilər, çünki istənilən təklif ABŞ tərəfindən təsdiqlənməlidir. Buna görə də Avropa rəsmiləri bu həftə Ağ Evlə məsləhətləşmələr üçün Vaşinqtona səfər edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top