
Avropa Çempionlar Liqasında III turun ilk oyun günü baş tutub.
Yeniavaz.com xəbər verir ki, Bakı vaxtı ilə saat 20:45-də start götürən oyunlarda İspaniya “Barselona”sı “Olimpiakos”u böyük hesabla məğlub edib – 6:1.
Qazaxıstan təmsilçisi “Kayrat” isə doğma meydanında “Pafos”la heç-heçə edib – 0:0.
Bakı vaxtı ilə saat 23:00-da start götürən oyunlarda da maraqlı nəticələr əldə olunub. Gecənin ən əhəmiyyətli oyununda İngiltərə ikincisi “Arsenal” Londonda “Atletiko Madrid”i darmadağın edib – 4:0.
Son çempion PSJ isə səfərdə Almaniya ikincisi “Bayer Leverkuzen”i böyük hesabla məğlub etməyi bacarıb – 2:7.
“İnter” Belçika təmsilçisi “Royal Union”u 4:0 məğlub edib. Digər İtaliya təmsilçisi “Napoli” isə səfərdə Hollandiyanın “PSV Eyndhoven” klubuna 6:2 hesabı ilə uduzub.
Çempionlar Liqasında III turun ilk oyun günü nəticələr belə olub:
“Arsenal” – “Atletico Madrid”: 4:0;
“Bayer Leverkuzen” – PSJ: 2:7;
“Kopenhagen” – “Borussiya Dortmund”: 2:4;
“Nyukasl Yunayted” – “Benfika”: 3:0;
“PSV Eindhoven” – “Napoli”: 6:2;
“Royal Union” – “İnter”: 0:4;
“Villarreal” – “Mançester Siti”: 0:2;
“Barselona” – “Olimpiakos”: 6:1;
“Kayrat” – “Pafos”: 0: 0.