
Oktyabrın 21-də Amerikanın “OpenAI” şirkəti təqdimat mərasimində süni intellektlə işləyən “ChatGPTAtlas” brauzerini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, brauzer “ChatGPT”yə müxtəlif problemləri həll etməyə imkan verir.
Çatbot məzmunu ümumiləşdirmək, məhsulları müqayisə etmək və ya məlumatları təhlil etmək üçün istənilən veb-səhifənin yan panelindən istifadə edilə bilər. Çatbot həmçinin sənədlərdə, e-poçtlarda və ya təqvim dəvətlərində fərdi sözləri vurğulayanda görünür.
Şirkət qeyd edib ki, agent rejimində “ChatGPT” alış-veriş də edə bilər.
“Reuters” daha əvvəl bildirib ki, brauzer həmçinin restoran rezervasiyaları edə və veb sayt formalarını avtomatik doldura biləcək.
“MacOS” üçün “ChatGPT Atlas” brauzeri artıq yükləmək üçün əlçatandır, “Windows”, iOS və “Android” versiyaları tezliklə təqdim olunacaq.