
Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda moldovalı Vitali Yeryomenkoyla üz-üzə gəlib.
Rəqibini 6:3 hesabı ilə məğlub edən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.