İlya Varlamov “terrorçular və ekstremistlər” reyestrinə daxil edildi


Rusiyanın Federal Maliyyə Monitorinqi Xidməti  “terrorçular və ekstremistlər” reyestrini yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, blogger İlya Varlamov, politoloq Sergey Medvedev və “Dojd” televiziyasının aparıcısı Anna Monqayt da daxil olmaqla, 69 nəfər siyahıya əlavə edilib.
Onların adlarının yanında heç bir işarə yoxdur ki, bu da Rusiya hakimiyyətinin onları “ekstremist fəaliyyətdə əli” hesab etdiyini göstərir.
Rosfinmonitorinq reyestrinə daxil olan şəxslər bank əməliyyatlarını həyata keçirə bilmirlər - onların Rusiyadakı hesabları dondurulub.
Xatırladaq ki, 2025-ci ilin avqustunda Moskva məhkəməsi İlya Varlamovu ordu haqqında “saxta xəbərlər” yaymaqda və “xarici agent” kimi vəzifələrindən yayınmaqda təqsirli bilərək, qiyabi olaraq 8 il ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edib. O, həmçinin 99,5 milyon rubl (2 milyon manat - red.) cərimələnib.

DİGƏR XƏBƏRLƏR

Top