
İsrailin “Arkia” aviaşirkəti Tel-Əviv-Bakı marşrutu üzrə uçuşları bərpa edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, yenilənmiş marşrut üzrə ilk uçuş oktyabrın 28-də baş tutacaq. Aviaşirkət həftədə üç reys - çərşənbə axşamı, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.