
Atəşkəs qüvvəyə mindikdən sonra Qəzza zolağında ən azı 87 fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ən azı 311 nəfər yaralanıb.
Son 24 saat ərzində Qəzza xəstəxanalarına 13 cəsəd qəbul edilib. Onlardan 7-si İsrailin birbaşa hücumlarının qurbanı olub.
Dağıntılar altından daha 6 cəsəd çıxarılıb.
Beləliklə, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında İsrail hücumlarında ölənlərin ümumi sayı 68 min 229 nəfərə çatıb. Yaralananların ümumi sayı isə 170 min nəfərdən çox olub.
Səhiyyə Nazirliyi həmçinin İsrailin 15 ölü fələstinlinin cəsədini Qəzza zolağına qaytardığını bildirib. Ümumilikdə, atəşkəs razılaşmasına əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə 165 nəfərin cəsədi Fələstin anklavına qaytarılıb.