1500 nəfərlik qəsəbə klubu ilk dəfə İsveç çempionu oldu


1485 əhalisi olan Hellevik qəsəbəsinin “Myöllbü” futbol klubu tarixdə ilk dəfə İsveç çempionu olub.
Yeniavaz.com
yerli mediaya istinadla xəbər verir ki, oktyabrın 20-də “Myöllbü” klubu səfərdə “Göteborq” klubuna 2:0 hesabı ilə qalib gəlib.
Bu qələbə komandaya vaxtından əvvəl İsveç çempionluğunu təmin etməyə imkan verib.
Belə ki, milli çempionatın bitməsinə üç tur qalmış “Myöllbü” 66 xal toplayıb və 55 xalla ikinci yerdə olan “Hammarbü”nü 11 xal geridə qoyub.
Qeyd edək ki, “Myöllbü” 1938-ci ildə yaradılıb. Balıqçılıq qəsəbəsindən olan klub 2020-ci ildən ardıcıl olaraq yüksək liqada oynamağa başlayıb.
Komandanın çempionluq heyətinin bazar dəyəri 16 milyon avro olaraq qiymətləndirilir. Bu, İsveç  çempionatındakı 16 klub arasında doqquzuncu göstəricidir.
“Myöllbü”nün cari mövsümdə 20 qələbəsi, 6 heç-heçəsi və bir məğlubiyyəti var. Bu çempionluq titulu komandaya Çempionlar Liqasının 2026/27-ci il mövsümünün seçmə mərhələsinin ikinci turuna vəsiqə qazandırır.

DİGƏR XƏBƏRLƏR

Top