“Bavariya” Kompani ilə müqaviləni uzatdı


Almaniyanın “Bavariya” klubu baş məşqçi Vinsan Kompani ilə müqaviləni uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni müqavilə 2029-cu il iyunun 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, 2024/25 mövsümündə Münhen komandası tarixində 34-cü dəfə Almaniya çempionu olub ki, bu da turnirin rekordudur.
Xatırladaq ki, 39 yaşlı Kompani ötən mövsüm başlamazdan əvvəl “Bavariya”nın baş məşqçisi vəzifəsinə keçib.
Kompani futbolçu karyerası ərzində Belçikanın “Anderlext”, Almaniyanın “Hamburq” və İngiltərənin “Mançester Siti” komandalarında çıxış edib.
“Mançester Siti” ilə belçikalı dörd dəfə İngiltərə çempionu olub. O, həmçinin klubla iki İngiltərə Kuboku və dörd Liqa Kuboku qazanıb.
Kompani eyni zamanda 2018-ci il dünya çempionatında Belçika millisinin heyətində üçüncü yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top