
Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan üzərindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Bu addım Vaşinqton razılaşmalarına uyğun olaraq, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və iki ölkə arasında sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, - o qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Onun sözlərinə görə, ilk belə tranzit yük Ermənistana Qazaxıstan taxılı olub. İlham Əliyev həmçinin bəyan edib ki, İrəvanla Bakı arasında sülh mərhələsi başlayıb.