
“Mənim Bakı şəhərində nə kafem, nə mağazam, nə də restoranım var”.
Yeniavaz.com xəbər verir ki, bunu “Müsavat TV”yə açıqlaması zamanı Milli Məclisin sabiq deputatı İlham Əliyev paytaxtda yerləşən biznes obyektlərindən aylıq vəsaitləri toplaması ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.
“Mənim nəinki Elmlər Akademiyasının yanında, həmçinin şəhərin heç bir yerində obyektim yoxdur ki, mən durum gedim oradan şəxsən pul yığım. O şəkil “Hilton” otelin qabağında çəkilib”, - deyə İ. Əliyev avtomobildə çəkilmiş fotosu ilə bağlı danşarkən deyib.

O qeyd edib ki, 34 ildir sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
İlham Əliyev Prezident Administrasiyasının rəhbəri olmuş, hazırda dövlətə xəyanətdə ittiham olunan qayınatası Ramiz Mehdiyevlə bağlı suallara cavab verməkdən imtina edib.