
“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi olan “PAŞA Bank Gürcüstan” bu ilin ilk yarısını 430,5 min lari (159 min dollar) zərərlə başa vurub.
Yeniavaz.com “PAŞA Bank Gürcüstan”ın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 dəfə az olub.
Qeyd edək ki, bankın ötən ilin ilk yarısında xalis mənfəəti 3,15 milyon lari təşkil edib. Bu il mənfəətin azalması əsasən faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqin daralması və kreditlər üzrə ehtiyatların artması ilə əlaqələndirilir.
Onu da bildirək ki, bu il iyulun 1-nə “PAŞA Bank Gürcüstan”ın aktivləri 621,3 milyon lari (230 milyon dollar) olub.
Elnur Əli