Ermənistanda məcburi hərbi xidmət müddəti azaldılır


Ermənistan 2026-cı il yanvarın 1-dən məcburi hərbi xidmət müddətini azaldacaq.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan videomüraciətində bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin qış çağırışından başlayaraq, xidmət müddəti iki il deyil, bir il yarım olacaq.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrda hərbi xidmət müddətinin azaldılmasını təklif edib. Plana görə, çağırışçıların sayının azaldılmasının müqavilə əsasında xidmət edənlərin sayının artırılması ilə kompensasiya edilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top