
Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, Neftçilər prospektində “BakuBus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.
Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.
Bakı şəhər DYP İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə saat 10:40 radələrində Səbail rayonu Neftçilər prospektində Qız qalasının qarşısında baş verib:
“BakuBus” MMC-yə məxsus 99 JU 809 dövlət qeydiyyat nişanlı avtobusun idarəetmədən çıxaraq maneələrə çırpılması ilə nəticələnən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Bakı şəhər DYP İdarəsində araşdırma aparılır”.