
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə vəkil Zarui Postancyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, məhkəmə həbs qərarı ilə bağlı vəsatətə bütün gecəni baxıb və iclas səhərə yaxın başa çatıb.
Qeyd edək ki, oktyabrın 20-də səhər saatlarında təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasında axtarışlar aparıb. Daha sonra Qukasyan və daha 7 nəfər rüşvət almaq ittihamı ilə saxlanılıb.