
“Apple”ın səhmlərinin qiyməti təxminən 5% artaraq, “Nasdaq” birjasında bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, səhər saatlarında aparılan ticarət əməliyyatları zamanı korporasiyanın səhmləri 4,8% artaraq, bir səhm üçün 264,39 dollar olub. Bu isə şirkətin tarixində ən yüksək göstərici kimi qeydə alınıb.
Mütəxəsislərin fikrincə, bu artım güclü iPhone 17 satışları ilə bağlı olub.
Digər tərəfdən, “Companiesmarketcap” portalının məlumatına görə, bazar dəyərinə görə “Nvidia”dan (4,48 trilyon dollar) sonra ikinci yerdə olan “Apple”in bazar dəyəri 3,91 trilyon dollara çatıb.
Qeyd edək ki, bundan əvvəl “Apple” şirkəti özünün yeni nəsil smartfonu olan “iPhone 17”ni təqdim edib. Ənənəvi dörd smartfon seriyasına 5,6 mm qalınlığında ən nazik model olan “iPhone 17 Air” də daxildir. Təqdimetmə şirkətin saytında canlı yayımlanıb.