Prezidentin Astanada rəsmi qarşılanma mərasimi olub


Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Yeniavaz.com
xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İlham Əliyevi qarşılayıb.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Dövlət başçıları birgə foto çəkdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top