
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 15 yaşlı cinah hücumçusu Kriştianu Ronaldo dos Santos Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası rəsmi saytında məlumat yayıb.
Məlumata görə, bu, gənc futbolçunun bu yaş qrupunda milli komandaya ilk çağırışıdır.
“Qızıl top”un beşqat qalibi Kriştianu Ronaldonun oğlu Federasiya Kubokunda oynayacaq.
Antalyada keçiriləcək turnirdə Portuqaliya Türkiyə (30 oktyabr), Uels (1 noyabr) və İngiltərənin (4 noyabr) eyni yaş qrupundan olan komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Ronaldonun oğlu ilk beynəlxalq matçını 13 may 2025-ci il tarixdə Xorvatiyaya qarşı keçirib.