“Şatdaun”a son qoymaq üçün daha bir cəhd uğursuz oldu


ABŞ Senatı federal hökumətin maliyyələşmədirilməsini nəzərdə tutan qanun layihələrini 11 dəfə rədd edib.
Yeniavaz.com
xəbər verir ki, səsvermə C-SPAN kanalında canlı yayımlanıb.
Səsvermə zamanı respublikaçılar tərəfindən hazırlanmış və əvvəllər Nümayəndələr Palatasında təsdiq edilmiş sənədi Konqresin yuxarı palatasının 50 üzvü lehinə, 43-ü isə əleyhinə səs verib. Bununla da, qanun layihəsi layihəni təsdiq etmək üçün lazım olan 60 səsi toplamayıb.
Respublikaçıların bildirdiyinə görə, səsvermənin bu nəticəsu Demokratlar Partiyasının güzəştə getmək istəməməsi ilə bağlı olub.
Qeyd edək ki, oktyabrın 1-də Senat yeni büdcə ilə bağlı konsensusa gələ bilmədiyi üçün ABŞ dövlət qurumlarını müvəqqəti olaraq bağlayıb. Əsas maneə Demokratlar və Respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı olub. Bu, ABŞ tarixində 22-ci, Donald Trampın prezidentliyi dövründə isə dördüncü bağlanmaya səbəb olub.
Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Kevin Hassettin sözlərinə görə, hökumətin fəaliyyətinin uzun müddət dayanması ABŞ-də ÜDM-nin həftəlik 15 milyard dollara yaxın itkisi ilə nəticələnə bilər.
Xatırladaq ki, ABŞ qanunlarına görə, milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan nazirliklər və idarələr federal hökumətin maliyyələşdirməsi dayandırılsa belə, fəaliyyətini davam etdirməlidir.
Oxşar tələblər işi “həyat və əmlakın qorunması” ilə bağlı olan dövlət işçilərinə də şamil edilir. Belə şəraitdə işləmək məcburiyyətində qalan dövlət işçiləri maaş almırlar. Lakin bu maaşlar adətən maliyyə məsələsi həll edildikdən sonra ödənilir.

DİGƏR XƏBƏRLƏR

Top