
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib.
Yeniavaz.com xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.






