Paşinyan və Papa Azərbaycanla sülhü müzakirə etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Roma Papası XIV Leo ilə görüşüb.
Yeniavaz.com
“News.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri ofisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan və Azərbaycan arasında sülh, eləcə də humanitar məsələlər müzakirə olunub.
Papa bu sahədə əldə edilən irəliləyişləri alqışlayıb.
O, regionda sülhün bərqərar olmasının əməkdaşlıq və sabitliyin yeni dövrünü açacağına ümid etdiyini bildirib.
Paşinyan Ermənistan hökumətinin Ermənistanın və regionun firavanlığı və davamlı inkişafı üçün sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top