Gürcüstanda müxalifət partiyası boykota son qoyudu


Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın müxalif “Gürcüstan naminə” partiyası parlamenti boykot etməyi dayandırmaq və parlament fəaliyyətinə başlamaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə partiyanın siyasi şurasının üzvü Georgi Şaraşidze məlumat verib.
Onun sözlərinə görə, müxalifətin siyasi proseslərdən itməsi xalqı müdafiəsiz və rejimlə tək qoyub.
“Ona görə də bizim əsas məqsədimiz alternativ fikirlərin xilası uğrunda mübarizədir. Ona görə də, biz Gürcüstanın bütün siyasi alətlərini, xalq platformalarını geri qaytarmağa başlayırıq”, - Şaraşidze qeyd edib.  
Qeyd edək ki, 2024-cü il oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. 2012-ci ildən hakimiyyətdə olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qalib gələrək, 150 yerdən 89-nu qazanıb. Parlamentə daxil olmuş 4 müxalifət partiyası (“Dəyişikliklər naminə koalisiya”, “Birlik - Milli Hərəkat”, “Güclü Gürcüstan”, “Gürcüstan naminə”) baykot əlaməti kimi, mandatlarından imtina edərək, parlamentdən çıxıb. Qaxariyanın partiyası isə iclasları boykot etsə də, rəsmi olaraq parlamentdəki yerlərini saxlayıb.
İyulun əvvəlində parlament Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 üzvünü (keçmiş baş nazirin özü də daxil olmaqla) iclasları buraxdıqlarına görə mandatlarından məhrum edib. Lakin bu partiya digər 3 müxalifət partiyasından fərqli olaraq, Mərkəzi Seçki Komissiyasından öz seçici siyahısını geri götürmədiyi üçün mandatını itirmiş 12 deputatın yerini siyahıdakı sonrakı siyasətçilər doldurub. Sentyabrın 2-də parlament onların mandatlarını təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top